İş adamının oğlu ilə ailə quran Anar Məmmədxanovun qızının toyundan

Xəbər verdiyimiz kimi bu gün "Bakılı oğlanlar" komandasının kapitanı, mərhum deputat Anar Məmmədxanovun qızı Məryəmin toyudur.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Məryəm Məmmədxanovanın toyu "Buta Palace"da keçirilir. O, Gəncə Aviasiya Təmiri zavodunun direktoru Hacı Etibar Həsənovun oğlu Orxanla ailə qurur.

Məclisin aparıcsı Xalq artisti Murad Dadaşovdur. Toya gürcü aktyoru və müğənnisi Vaxtanq Kikabidze və başqa xarici sənətçilər dəvət olunub.

Qeyd edək ki, Məryəm Məmmədxanova bu il Azərbaycan Diplomatik Akademiyasının Beynəlxalq Münasibətlər fakültəsini bitirib.

Milli.Az