Çikaqoda yeraltı nəqliyyat layihəsi

ABŞ-ın Çikaqo şəhərinin meri Ram Emanuel şəhər mərkəzi ilə İllinoys ştatının O'Hare beynəlxalq hava limanı arasında sürətli tranzit xətti yaradılması üçün Elon Maskın şirkətini ("The Boring Company") seçib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hava limanından şəhərə və əks istiqamətdə yolu 12 dəqiqəyə qət etmək mümkün olacaq.

Şirkət sərnişinləri yeraltı tuneldə elektrik enerjisi ilə çalışan nəqliyyat vasitələri ilə daşımaq niyyətindədir. Layihə şirkət tərəfindən maliyyələşdiriləcək. Sonradan reklamlardan və tranzit yığımlarından E. Mask öz payını götürəcək. Layihə azı 1 milyard dollara başa gələcək.

Hər nəqliyyat vasitəsi 16-ya qədər sərnişin və onların baqajlarını daşıyacaq. "The Boring Company" az miqdarda gediş haqqı almaq fikrindədir. "Bu, Hyperloop kimi olacaq, lakin borunun daxilində vakuum olmayacaq. Qısa marşrutlar üçün havanı çıxarmağa ehtiyac yoxdur", – deyə E. Mask söyləyib.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>