Andorra və Azərbaycan vergi məlumatlarının mübadiləsini aparacaqlar

Andorra və Azərbaycan hökumətləri arasında vergi məlumatlarının mübadiləsi barədə saziş imzalanacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu Andorra hökumətinin vergi məlumatlarının avtomatik mübadiləsi haqqında qanununa etdiyi dəyişiklikdə əksini tapıb.

Dəyişiklik "mövcud tənzimləməyə müəyyən düzəlişlər etməyi və maliyyə hesabatları haqqında avtomatik məlumat mübadilənin aparıldığı ölkələrin siyahsının genişləndirilməsini nəzərdə tutur".

Dəyişiklik 2020-ci ildən qüvvəyə minəcək. Bununla da, Andorra 95 yurisdiksiya ilə məlumat mübadiləsi aparacaq.

Siyahıya əlavə olunan ölkələr: Azərbaycan, Nauru, Pakistan, Panama, Sent-Kits və Nevis, İngiltərə, Baham adaları, Bəhreyn, Barbados, Beliz, Qana, Livan, Marşall adaları, Yeni Zelandiya, Niue, Qətər, Sent-Lüsiya, Sinqapur, Sint-Marten, Türkiyə, Albaniya və Nigeriyə – ümumilikdə 22 ölkə.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>