ABŞ dünyanın ən güclü superkompüterini təqdim etdi

ABŞ-ın energetika departamenti dünyanın ən güclü superkompüterini təqdim edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Summit" superkompüterinin ən yüksək məhsuldarlığı 200 petaflopsa (saniyədə 200 kvadrilyon hesablama) çatır.

Bu, Çin sisteminin pik məhsuldarlığından (93 petaflops) iki dəfə çoxdur. Həmçinin ABŞ-ın bundan əvvəlki ən güclü superkompüteri – "Titan"ın məhsuldarlığından təxminən 7 dəfə yüksəkdir.

"Summit" sistemi adi stolüstü kompüterin 30 ilə gördüyü işin öhdəsindən bir saat ərzində gəlmək imkanına malikdir.

Superkompüter iki tennis kortunun ümumi ərazisini tutan 4 min 608 server stansiyasından ibarətdir. Sistem 27 mindən çox "NVIDIA Tesla V100" qrafik prosessoru ilə bərabər işləyən 9 mindən çox 22 nüvəli "IBM Power9" prosessorundan istifadə edir. "Summit" superkompüterinə sərf olunan enerjinin həcmi ilə 8 min 100 evi enerji ilə təmin etmək mümkündür. Sistemin soyudulmasını effektiv etmək üçün onun kanallarından hər dəqiqə ərzində 18 min litrdən çox su keçir.

"Summit"in yaradılması indiyə qədər qeyri-mümkün olan elmi araşdırmaların aparılması üçün yeni imkanlar açıb", – deyə Ok-Ric milli laboratoriyasının hesablama biologiyası sahəsində mütəxəssisi Den Ceykobson bildirib.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>