Gənc Tamaşaçılar Teatrı Ukraynada beynəlxalq festivalda iştirak edib – FOTO

Gənc Tamaşaçılar Teatrı Ukraynada beynəlxalq festivalda iştirak edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, əməkdar artist Şövqi Hüseynov "Vidlunya" Beynəlxalq Monodram Festivalının təşkilat komitəsinin dəvəti ilə iyun ayının 5-dən 16-dək Ukraynanın Xmelnitski və Çerniqov şəhərlərində keçirilən "Vidlunya" adlı XX Beynəlxalq Monodram Teatr Festivalında P.Züskindin "Kontrabas" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edib.

Ukraynanın "Kut Mono" teatrında keçirilən festivalda azərbaycanlı aktyor festivalın "Ən yaxşı səhnə həlli və aktyor oyunu" nominasıyasında diploma layiq görülüb.

Səfər təəssüratlarını bölüşən əməkdar artist bildirib ki, festivalda Qırğızıstan, Kosovo, Ukrayna, Moldova, Polşa, İsrail kimi ölkələr iştirak edib.

Festival çərçivəsində hər gün iki tamaşa nümayiş olunub və tamaşalardan sonra görkəmli teatr xadimlərindən ibarət heyət hər bir tamaşanın müzakirəsini və təhlilini aparırdı. Festivalda yerlər olmadığı üçün sadəcə nominasiyalar üzrə diplomlar təqdim edilirdi. Ukrayna telekanallarında festival haqqında geniş reportajlar verilib və bu reportajlarda Azərbayc haqqında sujetlər hazırlanıb. Bu süjetlərdə müsahibə zamanı əməkdar artist Şövqi Hüseynov Azərbaycan mədəniyyəti və teatrı haqqında məlumatları diqqətə çatdırıb. Festival çərçivəsində aktyor həmçinin yeni festivallara dəvət də alıb.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>