Bayramdan bir neçə gün sonra pul tapıb fitrə zəkatı verə bilərmi?

Fitr bayramı axşamı pulu olmayan adam bayramdan bir neçə gün sonra pul tapıb fitrə zəkatı verə bilərmi?

Fitrə zəkatını vermək, buna imkanı çatan hər şəxsə vacibdir. Fitrə zəkatının verilmə vaxtı şəriət kitablarında izah edilir. Fitr bayramından bir gün qabaq məğrib vaxtı (Günəş batandan sonra) fitrə pulunu ayırmaq lazımdır. Fitrə pulunu elə həmin axşam ehtiyacı olan şəxsə çatdırmaq olar.

Milli.Az islam.az-a istinadən bildirir ki, bunu bayram günü bayram namazı qılana kimi həll etsə yaxşıdır. Bayram namazı qılmayan adamın isə zöhr vaxtına kimi fitrə pulunu lazım olan şəxsə çatdırması məsləhətdir.  Əgər hər hansı səbəb üzündən (məsələn, fitrəyə haqqı çatan şəxslə daha sonra görüşəcəyi üçün) gecikdirsə, fitrə pulunu kənara qoya bilər. Hər kimin fitr bayramı gününə kimi fitrə zəkatı vermək imkanı yoxdursa, bu vəzifədən azaddır. Fitr bayramından sonra qazandığı puldan fitrə zəkatı verməsi düzgün deyil.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>