Türkiyənin müdafiə naziri: “ABŞ-ın hərəkəti təhlükəli və şübhəlidir”


ABŞ-ın Türkiyəyə F-35 qırıcılarını satmaqdan imtina etmək niyyəti təhlükəli və şübhəlidir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli bəyan edib.

Nazir bildirib ki, prinsipcə Birləşmiş Ştatların Türkiyəyə F-35 qırıcılarını verməkdən imtina etmək haqqı yoxdur, çünki Türkiyə NATO-nun üzvüdür:

"100 ədəd F-35 qırıcısı almaq üçün Türkiyə 11 milyard dollar xərcləyəcək. İndiyədək biz 800 milyon dollardan çox vəsait xərcləmişik".

Xatırladaq ki, bundan əvvəl Vaşinqton və Ankara 100-ə yaxın F-35 qırıcısının tədarükünü razılaşdırıblar. Belə ki, Türkiyə hökuməti və "Lockheed Martin" şirkəti arasında müvafiq müqavilə 2017-ci ildə imzalanıb.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın Demokaratik Partiyasının nümayəndələri Türkiyəyə 5-ci nəsil F-35 qırıcılarının tədarükündən imtina etmək təşəbbüsü ilə çıxış ediblər. Onlar buna səbəb kimi Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərinin almasını göstəriblər.

Xarici işlər naziri Mövlud Çavuşoğlu isə bəyan edib ki, əgər Vaşinqton razılaşmadan imtina etsə, Türkiyə hakimiyyəti cavab tədbirləri görəcək.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>