Yol polisi məzunları saxladı


Bu gün Bakıda bir neçə ərazidə məzunların avtomobillərdə sərnişindaşıma qaydalarını pozmaqla hərəkətinin şahidi olmuşuq.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, məzunların avtomobillərinin şüşələrini endirib, musiqiyə yüksək səs verməklə hərəkət etmələrinin qarşısı vaxtında alınıb: "Mən özümdə bu prosesdə iştirak etmişəm. Məzunlar 6-7 nəfər bir avtomobilə minib və avtomobili məzun yazılan bayraqla bəzəyərək, musiqiyə yüksək səs verərək hərəkət ediblər. Elə hərəkət edirdilər ki, sanki bu yol bir rəqs meydançasıdır".

Bölmə rəisi bildirib ki, yeddiyə qədər bu cür avtomobil yol polisi tərəfindən saxlanılıb və lazımi tədbirlər görülüb.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>