Generallardan jurnalisti söyən Ərziman Əliyevə sərt ifadələr: “Sən kimsən ki təhqir edirsən”

Xəbər verdiyimiz kimi general Ərziman Əliyev tərəfindən jurnalist Əli Cahangiroğlunun təhqir olunması cəmiyyətdə birmənalı qarşılanmayıb və hər kəs generalın qeyri-etik rəftarını pisləyir. Sosial şəbəkələrdə və informasiya resurslarında Ərziman Əliyev DİN-in yüksək vəzifəli məmuru kimi təqdim edilsə də nazirlik bu gün açıqlamasında onun fərdi məsuliyyət daşıdığını bildirib.

Milli.Az xəbər verir ki, baş verən biabırçı olayla bağlı "Bizim Yol" bir sıra məşhur generallarımıza müraciət edib. Onlar saytımıza açıqlamasında jurnalistə qarşı belə mənfi halları qətiyyətlə pisləyiblər.

Ehtiyatda olan general-mayor hüquq elmləri doktoru, professor Aydın Qasımov jurnalisti təhqirin yolverilməz olduğunu bildirib.

"Mən heç vaxtı jurnalisti təhqir edə bilmərəm. Buna cəsarət də etmək olmaz. Onlar cəmiyyətin güzgüsüdür. Mən buna çox pis baxıram. Hər kəs gərək yerini bilə. İstər general olsun, istər marşal olsun. Hər kəs öz yerini bilməli, danışığını bilməli, ona görə də məsuliyyət daşımalıdır. Bu birmənalıdır."

General-mayor Novruzəli Orucov isə jurnalistləri dostu adlandırıb.

"Jurnalsitləri təhqir etmək olmaz. Kimsə nəsə deyibsə, söyübsə məsuliyyət daşıyır.Qarşılıqlı yaxşı münasibət saxlanmaldır.

Ədliyyə orqanlarının məşhur general-mayoru Hüseyn Əlixanov da jurnalistlərin cəmiyyət üçün ən önəmli adam olduğunu bildirib.

"Jurnalistlərlə qarşılıqlı münasibət olmalıdır. Onlarla xoş rəftar olmalı, onlara nəzakətlə yanaşılmalıdır. Burda məsələnin mahiyyətini mən tam bilmirəm. Buna baxmayaraq Ərziman Əliyev deyə bilərdi ki, mən bu barədə danışmaq istəmirəm. Sən kimsən ki, kimisə o formada təhqir edirsən? Kim bu səlahiyyəti verib? Belə hallar yolverilməzdir, qəti olmaz".

Milli Ordunun ən məhhur simalarından biri Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov jurnalistləri heç kimin təhqir etməyə haqqı olmadığını bildirib.

"Jurnalistlər öz peşə vəzifələrini yerinə yetirir. Məlumat almaq, informasiya almaq onların vəzifəsidir. Təhqir isə yolverilməzdir. İsər jurnalist olsun, istər adi adam. Bu baş verməməli idi. 
Mən hər zaman onlara hörmət edirəm. Kimisə, hələ jurnalistləri heç kim təhqir edə bilməz. Belə hal çox mənfidir. Cəmiyyət belə adamları qınayacaq".

Azərbaycan Respublikası Baş Prokurorunun keçmiş I müavini, hüquq elmləri doktoru, professor Mirağa Cəfərquliyev isə mövzu ilə bağlı belə danışıb.

"Burda cinayət məsələsi var. Kim təhqir edibsə, cinayət məsuliyyəti daşıyır. Bu baxımdan da kimisə təhqir etmək olmaz. Jurnalistlərin işi məlumat almaqdı. Mən yüksək vəzifədə çalışmışam və hər zaman jurnalistlərə hörmət etmişəm. Kimsə jurnalisti söyübsə, böyük səhv edib."

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>