Nazəninin vəsatəti təmin edilmədi

Bu gün Nərimanov Rayon Məhkəməsində müğənni Təranə Qumralın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, hakim Rəşad Abdullovun sədrliyi ilə keçirilən prosesdə Nazənin Salayevanın vəkili Ceyhun Yusifov vəsatət qaldırıb.

O bildirib ki, T.Qumral sosial şəbəkələrdə və mətbuatda müvəkkilini hədələyib, qanunsuz hərəkətlərini davam etdirib və məhkəmə qətnaməsini icra etməyəcəyini deyib. Vəkil T.Qumralın barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib və onun məhkəmə zalında həbs edilməsini istəyib.

T.Qumral vəsatətə münasibət bildirən zaman qətnamələri icra etmədiyini və buna görə də peşman olmadığını söyləyib.

Vəsatət təmin edilməyib.

Məhkəmənin növbəti iclası iyunun 25-nə təyin edilib.

Qeyd edək ki, müğənni T.Qumralla həmkarı Nazənin Salayeva arasında qalmaqal "ANS"-in "Bazar səhəri" verilişində başlayıb. Belə ki, N.Salayeva canlı efirə zəng edərək, T.Qumrala "Səni ərimlə tutdum" deyib. T.Qumral isə öz növbəsində N.Salayevanın barəsində xoş olmayan ifadələr işlədib. Buna görə də Nazənin məhkəməyə müraciət edib. Nazənin məhkəmədə həyat yoldaşının müğənni T.Qumralla intim münasibəti olduğunu sübut edib.

Məhkəmənin qərarı ilə T.Qumral N.Salayeva və onun həyat yoldaşı Məhəbbət Həsənovdan üzr istəməli, barəsində dediklərinə təkzib verməlidir. Lakin T.Qumral məhkəmə qərarlarını icra etmədiyi üçün barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmə qərarını icra etməmə) maddəsi ilə cinayət işi başlanılıb.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>