İmişlidə çaydan pasportu tapılan vətəndaş: “Ümid edirik ki, aidiyyəti qurumlar bunu araşdıracaq”

İmişlidə çaydan pasportu tapılan vətəndaşlardan biri hadisəyə münasibət bildirib.

Milli.Az xəbər verir ki, Balakən rayon sakini İlahə Orucova (Ustayeva) APA-ya bildirib ki, ona məxsus ümumvətəndaş pasportunun İmişlidə tapılmasından narahatlıq keçirib: "Mənə məxsus həmin pasportun vaxtı bitib və etibarsızdır. 2015-ci ildə ASAN Xidmət mərkəzi Balakəndə səyyar xidmət göstərirdi. Həmin tarixdə mən bu fürsətdən itifadə edib ümumvətəndaş pasportumu dəyişmişəm. Necə ola bilər ki, təhvil verdiyim pasport İmişlidə tapılsın? Ümid edirik ki, aidiyyəti qurumlar bunu araşdıracaq".

Qeyd edək ki, iyunun 12-də İmişli rayonunun Sarıxanlı kəndində yeniyetmələr Araz çayının qolu olan Boztəpə çayında çimərkən sellofan torbada Azərbaycan vətəndaşlarına məxsus 56 ədəd ümumvətəndaş pasportu tapıblar. Pasportlar, əsasən, Şəki, Zaqatala və Balakən sakinlərinə məxsusdur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya bildirib ki, tapılan  sənədlərin vaxtı bitib, tam fəaliyyətsizləşdirilib və şəxsin əsas məlumatları olan səhifələri məhv edilib.

"Təlimata uyğun olaraq, həmin sənədlərin yandırılaraq məhv edilməsi əvəzinə, hansısa səhlənkar və məsuliyyətsiz şəxs tərəfindən su kanalına atılması ehtimal edilir. Hazırda bununla bağlı müvafiq araşdırmalar aparılır", – E. Zahidov bildirib.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>