Azərbaycanda 4 ayda 44 mindən çox körpə doğulub

Bu ilin ilk dörd ayı ərzində Azərbaycanda 846 əkiz, 33 üçəm körpə doğulub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 44540 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,8 təşkil edib.

Doğulan körpələrin 846-sı əkiz, 33-ü üçəmdir.

Qeyd edək ki, yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,9 faiz təşkil edir. Hazırda hər 100 doğulan qıza 113 oğlan düşür. Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>