Londondakı faciə anıldı – FOTO

Londonda "Grenfell Tower" yaşayış binasındakı məşum yanğının ildönümü qeyd olunub. Britaniya paytaxtının qərbində yerləşən yaşayış binasındakı yanğında 72 nəfər həlak olmuşdu.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, yanğında həlak olanların və yaralananların ailə üzvləri dünən anım mərasiminə qatılıblar.

Həmin binanın ətrafındakı 12 bina yaşıl rəngə boyanıb.

Mərasim bir dəqiqəlik sükatla başlanıb.

600 sakini olan "Grenfell Tower"də yanğın 24-cü mərtəbədə başlanmışdı. Alovlar sürətlə aşağı mərtəbələrə yayılıb və onlarla insan binanı tərk edə bilməyib. Yanğına səbəb mənzillərdən birində soyuducunun partlaması olub. Binanın divarlarına asanlıqla alışan plastik üzlük lövhələr vurulduğundan yanğın sürətlə yayılmışdı.

Vəziyyəti Britaniyada rəsmi dövlət qurumlarının "yanğın zamanı mənzilləri tərk etməyin" göstərişi daha da ağırlaşdırıb. Bu göstəriş oda davamlı qapılar və pilləkən meydançalarında yanğınsöndürən vasitələrin olduğunu ehtiva edir. Yanğınsöndürənlər adətən yanğın yayılana qədər hadisə yerinə çatırlar. Lakin "Grenfell Tower"də hər şey tərsinə olub. İşləməyən yanğınsöndürən sistem, alovun binanın çölündə 4 tərəfdən tez alışan lövhələrlə yayılması, gecənin bir aləmində yanğının başlamasından binada sakinlərin çox olması böyük faciəni şərtləndirib.

Ağ örtüklə örtülmüş bina söküləcək.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>