Metroda Nəsimi Paşayevin yerinə təyinat -

Bəxtiyar Məmmədov "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib.

Bunu Bəxtiyar Məmmədovun özü də Milli.Az-a təsdiq edib: "Bəli, artıq təyinat olub. Gərgin rejimdə işləyirəm. Media ilə münasibətlərimizi daha sıx şəkildə davam etdirəcəyik. Eyni zamanda, jurnalistlərdən də dəstək gözləyirəm. Birlikdə əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldırmağa çalışmalıyıq".

Qeyd edək ki, buna dək Bəxtiyar Məmmədov  "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini vəzifəsində çalışıb.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin öz ərizəsi ilə vəzifəsindən getmiş sabiq rəisi Nəsimi Paşayev isə facebook sosial şəbəkəsində xələfi haqqında xoş sözlər söyləyib:

"Bəli, bu gündən rəisdir. Çox söz yazmayacam. Mən metroya gələndə 5 ildi ki, ordaydı. 4 il 3 ay bərabər işləmişik. Metronu məndən daha yaxşı bilir. Ən yaxşı köməkçim idi. 2017-ci ilin yanvarından şöbə rəisinin müavini idi. Yəni işi yaxşı bilir. Sadəcə, ilk başda bir az çətin olacaq. Sədrin mətbuata və ictimaiyyətə münasibəti dəyişməyib. Deməli, əlaqələr, operativlik əvvəlki qaydada olacaq. Sadəcə, nəbzi tutmaq, vərdiş, risk və sair kriteriyaları nəzərə alın. İnanıram ki, münasibətlər daha da yaxşı olacaq. Hər kəsə uğurlar!"

İlkin İzzət
Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>