“Samsung” smartfonu alovlanıb maşını yandırdı

ABŞ-ın Miçiqan ştatının sakini sükan arxasında olduğu zaman smartfonu avtomobildə alovlanıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, nəticədə onun "Nissan Maxima" maşını tamamilə yanıb.

Hadisə zamanı avtomobildə iki smartfon – "Samsung Galaxy S4" və "Galaxy S8" olub.

Qadının sözlərinə görə, onun bəxti gətirib və sağ qalıb. Yanğın qəflətən baş verib, hadisə şahidləri ondan maşını tərk etməyi xahiş ediblər. Zərərçəkən məhkəmədə iddia qaldırmaq niyyətindədir.

"Samsung" şirkətində isə bildiriblər ki, bu hadisəni araşdırırlar.

Qeyd edək ki, bu, smartfonların alovlanması ilə bağlı ilk belə hadisə deyil. Onlardan biri ötən il iyun ayının sonunda baş verib. Yekaterinburq şəhərinin gənc sakininin smartfonu elə əlindəcə yanıb. Qız yanıq xəsarəti alıb.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>