Sənədlərin işlənməsi üçün süni intellekt hazırlanıb

"Eigen Technologies" şirkəti artıq öz əsas investoru "Goldman Sachs"dan və Sinqapur Dövlət İnvestisiya Fondundan 13 milyon funt məbləğində vəsait cəlb edə bilib. Şirkət hüquq və maliyyə sənədləri ilə tanış olmaq məqsədilə süni intellektdən istifadə edir ki, bu da potensial müştəriləri çox cəlb edir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, doktor Lyuis Lyu tərəfindən Londonda təsis edilmiş "Eigen Technologies" şirkəti 3,5 il bundan əvvəl süni intellekt yaratmağa dair qərar verib. Hazırda şirkətin məhsulu hüquqşünas və bankirlər üçün mürəkkəb müqavilələrin təhlilini və mətndə konkret məsələlərin tapılmasını asanlaşdırır.

Cəlb edilmiş investisiyalar sayəsində şirkət genişlənərək yeni bazarlara çıxmağı planlaşdırır. Bundan başqa, "Eigen" şirkəti öz vaxtını və maliyyə vəsaitini süni intellekt imkanlarının hazırlanmasına və araşdırılmasına sərf edir.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>