Yeni robot rəssam divar üzərində rəsmlər çəkir – VİDEO

Massaçusets Texnologiya İnstitutunun mütəxəssisi Karlo Ratti divar üzərində rəsmlər çəkən robot yaradıb. İnternetə qoşulan robot istənilən səth üzərində şəkil çəkə və onu poza bilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bu il Milanda dizayn həftəsində təqdim olunan miniatür "Scribit" robotu vertikal səth üzərində şəkil çəkir və mətnlər yazır. Qurğunun beş dəqiqəyə quraşdırılması üçün iki bərkidici və enerji mənbəyi tələb olunur. Robot hərəkət, şəkil çəkmək, silmək və bir neçə dəfə təkrar çəkmək üçün quraşdırılmış mexanizmlərdən istifadə edir. "Scribit" internetdən rəsm nümunələri və proqram yenilənmələri yükləyir. "Kickstarter" platformasında istifadəyə verilən layihə hazırda 199 dollara satışa çıxarılıb. Qurğu yaradıcısının sözlərinə görə, layihə uğurlu olacağı təqdirdə kütləvi istehsala bu ilin dekabrında başlamaq planlaşdırılır.

Qurğu müxtəlif sahələrdə tətbiq oluna bilər: restoran gündəlik menyunu, ofis işçiləri gündəlik iş planını divarda yaza, incəsənət həvəskarları isə divarları məşhur rəssamların şəkilləri ilə bəzəyə biləcəklər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Yeni robot rəssam divar üzərində rəsmlər çəkir

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>