Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv oluna bilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbədənkənar prezident seçkilərində qələbə qazanacağı təqdirdə hələdə ölkədə qüvvədə olan fövqəladə vəziyyətin ləğv edilməsi məsələsinə baxılacağını bildirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Türkiyə lideri bunu müsahibəsində söyləyib.

"Fövqəladə vəziyyət terror təhlükəsinin aradan qaldırılmasına yönəldilmiş bir tədbirdir. 24 iyunda keçirilən növbədənkənar seçkilərdən sonra səlahiyyətlərimizin uzadılacağı təqdirdə ilk öncə fövqəladə vəziyyətin lağvinə baxılacaq", Rəcəb Tayyib Ərdoğan söylədi.

Əvvəllər də Ərdoğan seçkilərdən sonra fövqəladə vəziyyətin qaldırılmasının mümkünlüyünü istisna etmirdi.

Ölkə fövqəladə vəziyyət şəraitində olduğu zaman, mitinqlərə, bəzi kütləvi tədbirlərin keçirilməsinə dair məhdudiyyətlər qoyulur, hüquq-mühafizə orqanlarına təhlükəsizliyini təmin etmək üçün daha geniş səlahiyyətlər həvalə edilir. Ancaq Ərdoğan "Fövqəladə vəziyyət rejimi vətəndaşlara, xaricilərə və ya iş adamlarına heç bir problem yaratmır" söylədi.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>