Ərdoğan Putinə S-500 raket komplekslərinin

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, o, rusiyalı həmkarı Vladimir Putinə iki ölkənin birlikdə S-500 zenit-raket kompleksi hazırlamasını təklif edib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Türkiyə lideri "24 TV" telekanalına müsahibəsində deyib.

"Mən Putinə S-500-ləri birlikdə hazırlamağı təklif etdim", – deyə Ərdoğan bildirib. Türkiyə dövlətinin başçısı Rusiya prezidentinin cavabı barədə danışmayıb. Türkiyə rəhbəri həmçinin iki dövlət başçısı arasında bu mövzuda danışıqların nə vaxt olacağını da deməyib.

"Rusiya bizə S-400 zenit-raket kompleksləri üzrə əlverişli kredit şərtləri təqdim edib. İkinci və üçüncü mərhələlərdə kollektiv istehsala başlayacağıq. Həmçinin S-500-lərin də birgə istehsalı mümkündür", – deyə Ərdoğan bildirib.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>