Nokia 6.1-in satışları başlandı

"HMD Global" şirkəti tərəfindən "MWC" sərgisində təqdim edilmiş "Nokia 6.1" smartfonu artıq Çində satışa çıxarılıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, məlum olub ki, bu smartfonu Almaniyada satın almaq mümkündür. 4 QB-lıq əməli yaddaş, 64 QB-lıq daxili fləş yaddaşla təchiz edilmiş "Nokia 6.1" smartfonunun dəyəri 302 funt (355 dollar) təşkil edib.

Xatırladaq ki, "Nokia 6.1" smartfonu "Corning Gorilla Glass" qoruyucu şüşəsinə malik "Full HD" (1920×1080 piksel) təsvir ölçülü 5,5 düymlük 2.5D displey, 2,2 QHs takt tezlikli "Qualcomm Snapdragon 630" prosessoru ilə təchiz edilib və "microSD" yaddaş kartlarını dəstəkləyir.

Aparatın arxa panelində f/2.0 diafraqması, avtofokus və ikiqat işıq diodu işıqlandırıcısına malik 16 meqapiksellik əsas kamera, ön paneldə isə 8 meqapiksellik kamera quraşdırılıb.

"Nokia 6.1" smartfonunun arxa panelində barmaq izləri skaneri quraşdırılıb. Aparat "Dual SİM" hibrid slotu, "4G VoLTE", "Wi-Fi 802.11 b/g/n", "Bluetooth v5", "GPS", "USB Type-C" portu, 3.5 mm-lik audio konnektor, FM-radio dəstəkləyir və "Android Oreo" sisteminin idarəetməsi altında işləyir. Akkumulyator batareyasının tutumu 3000 milliamper/saat təşkil edir.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>