Tramp doğum günü ilə əlaqədar bir gün istirahət götürdü

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp cümə axşamı ad günü ilə əlaqədar bir gün istirahət götürdü.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu haqda Ağ evin gündəlik rəsmi cədvəli xəbər verir.

Ağ evin gündəlik proqramında deyilir: "Prezidentin heç bir rəsmi tədbiri nəzrdə tutulmayıb". Tramp səhər saatlarında Şimali Koreya lideri Kim Çen Inla Sinqapur danışıqlarından qayıtdıqdan sonra çərşənbə günüdə istirahət edirdi.

Cümə axşamı prezidentin 72 yaşı tamam olur. O, ABŞ tarixində prezident vəzifəsinə seçilmiş ən yaşlı şəxsdir. Seçildiyi zaman Trampın 70 yaşı tamam olmuşdu.

Xatırladaq ki, Tramp 14 iyun 1946-cı ildə Nyu-York şəhərinin Kuins əyalətində anadan olub. Prezident vəzifəsində bu onun ikinci ad günüdür.

Prezidentin ad gününü necə qeyd edəcəyi planları haqda Ağ ev məlumat vermir.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>