Norveçdə Trampın Nobel mükafatına namizədliyi irəli sürülüb

Norveçdə ABŞ prezidenti Donald Trampın Nobel sülh mükafatına namizədliyi irəli sürülüb.

Milli.Az report.az-a istinadən bildirir ki, belə bir təşəbbüslə İnikişaf Partiyasının deputatları çıxış ediblər. Deputatlar Trampın Nobel sülh mükafatına layiq olduğunu bildiriblər.

Təşəbbüsün müəlliflərindən biri Pera-Villi Amundsenin sözlərinə görə, ABŞ və KXDR arasında münasibətlərin nizamlanması, həmçinin Koreya yarımadasının nüvəsizləşdirilməsi tarixi əhəmiyyət kəsb edir.

"Bu proses bir qədər zəifdir, lakin biz əlimizdən gələni etməliyik ki, o, müsbət nəticəyə gətirib çıxarsın", – deyə parlament üzvü bildirib. 

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>