“Elşad Xose bizi təhqir etdi” -

Aparıcı Hüsniyə Məhərrəmova "VarYox" adlı layihənin qonağı olub. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, aparıcısı olduğu "V element" verilişi haqda açıqlama verib.

O, buraxılışlardan birinə qonaq olan reper Elşad Xosenin studiyanı tərk etməsindən söz açıb:

"Elşad Xose gəldi, sonra çıxıb getdi. Verilişin sonuna kimi boş-boş danışdıq. Bunun səbəbini də sizə deyim. Məqsəd efiri doldurmaq idi. Efir "setka"sı deyilən bir şey var. Bir qonağa görə verilişin yarısını kəsməyə ixtiyarın yoxdur. O zaman vaxtı doldurmaq, verilişi davam etdirmək lazım idi. Ona görə də elə improvizələr etdik.

Elşad Xosedən hər zaman xoşum gəlib, dinlədiyim azərbaycanlı ifaçılardan biridir. Amma belə oldu. Sonra gedib öz səhifəsində bizi təhqir etdi. Mənə bir çox sözlər deyilmişdi. Onun yazdığı ifadəni hələ öz ünvanıma eşitməmişdim. Sağ ol, Elşad".

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>