“Cənub Qaz Dəhlizi” çərçivəsində IGB interkonnektorunun tikinti tarixi açıqlandı

Azərbaycan qazının Bolqarıstana tədarükünü nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisi 2018-ci ilin sonunda başlayacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bolqarıstan energetika nazirinin müşaviri Rozen Simitçev deyib.

Nazir müşaviri bildirib ki, IGB layihə şirkəti tikinti işləri ilə bağlı tender prosedurlarının bu ilin ikinci yarısınadək başa çatdırılması üzərində çalışır:

"IGB-nin tikintisinin bu ilin sonunda başlaması və 2020-ci ilin birinci yarısında başa çatması planlaşdırılır. Layihənin ümumi dəyəri 220 milyon avro təşkil edir. Layihə artıq Avropanın enerji bərpa proqramı çərçivəsində 45 milyon avro, eləcə də Avropa struktur fondlarından 39 milyon avroya yaxın qrant əldə edib".

Qeyd edək ki, IGB TAP layihəsinə qoşulacaq və bunun vasitəsilə "Şahdəniz" yatağından qaz Avropa bazarlarına tədarük olunacaq.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>