Nazir müavini: “Rusiya ilə Azərbaycan arasında demarkasiya məsələsi uzunmüddətli prosesdir”


Rusiya ilə Azərbaycan arasında demarkasiya məsələsi davam edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

X.Xələfov deyib ki, bu, uzunmüddətli prosesdir: "Birinci mərhələdə 70 km, ikinci mərhələdə isə 60 km olacaq və bu şəkildə davam edəcək. Vaxtaşarı işçi qrupları görüşür. ehtiyac olanda sərhəd zonalarına gedirlər, koordinatlar üzrə yerlərin müəyyən edilməli olduğu yerlərdə işləyirlər, sərhəd nişanlarının istehsalını aparırlar".

Gürcüstanla Azərbaycan arasında delimitasiya məsələsinə gəlincə, nazir müavini bu prosesin nisbətən passiv olduğunu diqqətə çatdırıb:

"Bizim ümidimiz var ki, Gürcüstan tərəfi bu işi fəallaşdıracaq. Biz bütün səviyyələrdə, həm ekspertlər, həm də komissiya səviyyəsində görüşlər keçirilməsinə hazırıq. Lazım olan mesajlar da Azərbaycan tərəfdən göndərilib. Biz Gürcüstan tərəfinin reaksiyasına uyğun olaraq işləri davam etdirməyə hazırıq. Komissiyanın iclasının keçiriləcəyi ilə bağlı konkret tarix hələ ki bəlli deyil".

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>