Azərbaycanda idxala gömrük tarifləri artırıla bilər

Dövlət Gömrük Komitəsi (DGK) məhsul idxalına tariflərin artırılması imkanını istisna etmir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Azərbaycan gömrüyü – bu gün və sabahın çağırışları" adlı jurnalistlər üçün seminar zamanı DGK-nin Maliyyə, tariflər və valyuta nəzarət Baş İdarəsinin Gömrük tariflərinin nizamlanması Şöbəsinin rəisi Əzizağa Hüseynov deyib.

Ə.Hüseynovun sözlərinə görə, tariflərin mümkün artırılması ilk növbədə daxili istehsalın müdafiəsinə yönələcək:

"İlk növbədə bu, kənd təsərrüfatı, maşınqayırma və digər sənaye sahələrinə şamil olunur".

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>