25 ildən sonra ilk dəfə – FOTO

Bu il Lənkəranda barama yığımına başlanılıb.

Milli.Az xəbər verir ki, 25 ildən sonra Lənkəranda ilk dəfə barama yığımı həyata keçirilib. Rayonun Boladi kəndinin ən böyük fermerlərindən biri olan Elxan Həsənov fərdi təsərrüfatında barama yetişdirməyə müvəffəq olub.

Sahibkarın sözlərinə görə, barama yığımı üçün təsərrüfatında 30-a yaxın şəxs çalışıb:

"İşçilərin hər birinin fəaliyyətindən çox razıyam. İpək qurdlarına yaxşı qulluq göstərildiyi üçün keyfiyyətli məhsul əldə etmişik. Planlaşdırdığımızdan daha çox barama yığımına nail olmuşuq. Artıq yığdığımız məhsulu təhvil verməyə başlamışıq".

Qeyd edək ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində Lənkəranda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı istiqamətində ciddi işlər görülür. Son illər Lənkəranda ilk dəfə barama yığımına başlanılması bunu bir daha sübut edir.

Yusif Nəsirli
Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>