Ancelina Coliyə zərbə: uşaqları əlindən ala bilərlər – VİDEO – FOTO

ABŞ-ın Los-Anceles şəhər məhkəməsi məşhur aktyorlar, Hollivud ulduzları Bred Pitt və Ancelina Colinin münasibətlərində kəskin dönüş yaradacaq qərar qəbul edib.

43 yaşlı A.Coli 2016-cı ilin sentyabrında 54 yaşlı Bred Pittdən boşanmaq niyyətini bəyan edib, məşkəməyə müraciət edib.

Milli.Az TMZ-yə istinadən bildirir ki, boşanma prosesi hələ də davam edir.

Məhkəmənin qərarına görə, hazırda Britaniyada "Maleficent 2" filminin çəkilişlərində olan Ancelina Coli 6 övladı ilə onların atasının, Bred Pittin daha tez-tez görüşməsinə imkan yaratmalıdır.

Qərarda vurğulanır ki, 16 yaşlı Meddoks, 14 yaşlı Paks, 13 yaşlı Zaxari, 12 yaşlı Şilo, 9 yaşlı əkizlər Vivyev və Noks ataları ilə istədikləri zaman görüşə bilərlər.

İndiyədək uşaqlar üzərində hamilik və qəyyumluq Ancelina Coliyə məxsusdu.

Qərarda vurğulanır ki, əgər aktrisa artıq sabiq əri Bred Pittə uşaqları ilə görüşməkdə maneələr yaradarsa, uşaqlar üzərində qəyyumluq Pittə veriləcək.

Ancelina Coli uşaqlarla birlikdə Londonda, icarəyə götürdüyü malikanədədədir.

Bred Pitt də uşaqları ilə görüşmək üçün Londona yollanıb.

İyunun 17-dək Pitt uşaqlarla ən azı 4 saat vaxt keçirməlidir.

Bir şərtlə ki, Pitt eyni vaxtda yalnız bir və ya iki uşağı ilə, psixoloq müşayiəti ilə danışa bilər.

Bundan başqa, Ancelina Coli bütün uşaqlarının mobil telefon nömrələrini Bred Pittə verməlidir.

Məhkəmə qərarına görə, Bred Pitt ürəyi istədiyi zaman, istənilən müddətdə övladları ilə telefonla danışa bilər.

Ancelina Coliyə uşaqların Pittə yazdıqları SMS və mesajları oxumaq, yazışmaları kontrol etmək də yasaqlanıb.

İyunun 27-dən iyulun 1-dək isə Bred Pitt uşaqları ilə gündə 10 saat keçirə bilər.

İyulun sonunda uşaqlar Los-Ancelesə qayıdanda 10 gün Pittin evində qala bilərlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Ancelina Coliyə zərbə: uşaqları əlindən ala bilərlər

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>