Ekran işığından enerji yığıla biləcək

Microsoftun aldığı yeni bir patent, ağıllı qələmlər haqqında olduqca inanılmaz fəaliyyətlər ehtiva edir. Bu fəaliyyətlər reallaşsa, irəliləyən illərdə olduqca fərqli texnologiyalara şahid ola bilərik.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, alınan bu yeni patentin mövzusu isə günəş enerjisi ilə işləyən bir qələm ilə əlaqəlidir.

Günəşdən ya da yaxında ki, bir lampa kimi xarici qaynaqdan gələn işığı istifadə etmək yerinə, Microsoftun sahib olmaq istədiyi yanaşma ilə, qələmi istifadə etdiyinizdə ekrandan yayılan işığı yığaraq qələmin ucunda yığan bir mexanizmlə enerji təmin etməkdir. Beləcə Microsoft Surface Pro ekranının yaydığı işıq, qələmə güc verərək onun yenidən enerji yığmasını təmin edəcək. Yəni Surface Pen, cihazdan aldığı işığı enerjiyə çevirə biləcək. Qələmin ucundakı lif optik kabellər, qələmin içərisindəki batareyaları bəsləyəcək.

Microsoft tərəfindən verilən şərhə görə isə, qələmin ən yaxşı şəkildə enerjiyə çevrilə biləcəyi qaynaq üçün LED ekran lazımdır. Çünki bu ekranlardan yayılan işığın dalğa boyları daha rahat optimallaşdırıla bilər.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>