“Şortik geyinsəm məni çox istəyərlər”


Əsəbiləşəndə özümü itirirəm. Hamı bilir ki, atam və anam nitq qüsurlu olub. Atam rəhmətə gedib, anamın isə 83 yaşı var yanımızdadır. Biz uşaqlıqdan danışmağa çətinlik çəkmişik, çətin həyat yaşamışam. Ona görə də əsəbiyəm.

Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, bu sözləri əməkdar artist Mehriban Xanlarova "Xüsusi layihə" verilişində deyib. O, əsəbi olmasının səbəblərini açıqlayıb. Aktrisa onu çoxlarının sevmədiyini deyib:

"Bir dəfə dedim ki, şortikdə geyinib şəkil paylaşım, görün nə qədər adam bəyənir. Deyirlər, filankəsin bilirsən nə qədər bəyənisi var? İndikilər onla ölçür. Şortik geyinsəm, məni təkcə burada yox, dünyanın hər yerindən çox istəyənlər olacaqlar".

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>