“Tədris ilinin son akkordları” adlı konsert keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbi "Tədris ilinin son akkordları" adlı yekun konsertini təqdim edib.

Milli.Az xəbər verir ki, konsertdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin direktoru Hacı Əliyev, məktəbin kollektivi və digər qonaqlar iştirak ediblər.

Məktəbin şagirdləri T.Quliyev "Qaytağı", F.Əmirov "Lay-lay", R.Mirişli "Bir könül sındırmışam", C.Hacıyev "Ballada", P.Falyo "Dicitencello, vuye" və digər Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa ediblər. Həmçinin məktəbin vokal ansamblının ifasında Azərbaycan xalq mahnısı "Laçın" və "Atəşgah", "Cırtdan", "Divizi", "Renessans" xor kollektivlərinin ifasında T.Quliyev "Popuri", G.Struve "Pestrıy kolpacok", Y.Çiçkov "Uşaqlıq", J.Süeney "Sunshine in my soul", F.Sücəddinovun "Heydərlə Azərbaycanım" əsərlərini səsləndirilib.

Sonda Baş İdarənin rəisi Vuqar Zeynalov çıxış edərək məktəbin kollektivini təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb, məktəbin müəllim və şagirdlərini fəxri fərmanlarla təltif edib.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>