DİQQƏT! – Azərbaycanda saxta avro “fırladanlar” var

İyunun 6-da Qazax rayonunun Kosalar kənd sakini S.Pənahov Rayon Polis Şöbəsinə müraciət edərək həmin gün şəhər bazarında naməlum şəxsin ona verdiyi 400 avronu manata dəyişdiyini, sonradan isə həmin pulun saxta olduğunu aşkar etdiyini bildirib.

DİN-dən Milli.Az-a verilən məlumata görə, həmin əskinaslar ekspertizaya təqdim olunub.  

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə saxta pul mübadiləsində şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən Şıxlı kəndinin ərazisində saxlanılıb.      

Araşdırmalarla onun Tovuz rayon sakini Etibar Məmmədli olduğu müəyyən edilib.

Faktla bağlı Qazax RPŞ-də araşdırma aparılır.

Pünhan Mirzə
Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>