Əlindəki torbadan 11 kiloqram narkotik tapıldı – VİDEO – FOTO

Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, iyunun 2-də Yardımlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı-Masallı yolunun 39-cu kilometrliyində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakini Qadir Əliyev saxlanılıb. 

Qadir Əliyevin əlindəki torbadan ümumilikdə 11 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə – 4064,2 qram heroin, 6023,3 qram tiryək, 943,7 qram həşiş qətranı, 76,25 qram psixatrop maddə olan metamfetamin və digər həblər aşkar edilərək götürülüb. 

Faktla bağlı Yardımlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Əlindəki torbadan 11 kiloqram narkotik tapıldı

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>