Azərbaycandakı yol qəzalarının qorxunc statistikası:

Ötən il Azərbaycanda yol nəqliyyatı hadisələrində 750 nəfər dünyasını dəyişib, 1 719 nəfər yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ümumilikdə ötən illər ərzində yol nəqliyyatı hadisələrində dünyasını dəyişənlərin və yaralananların sayı azalıb.

Azərbaycanda 2013-cü ildə 1 164, 2014-cü ildə 1 124, 2015-ci ildə 894, 2016-cı ildə 759 nəfər avtomobil qəzalarında həlak olub.

Yaralıların sayına gəldikdə, 2013-cü ildə 2 948, 2014-cü ildə 2 676, 2015-ci ildə 2 265, 2016-cı ildə 2 003 nəfər qəzalarda xəsarət alıb.

Ümumilikdə ötən il 1 833 yol nəqliyyat hadisəsi baş verib ki, onun 938-i nəqliyyat vasitələri və piyadaların iştirakı ilə olub.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>