2 nəfərin öldüyü dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ – VİDEO – FOTO

Gədəbəydə ölümlə nəticələnən yol qəzası olub.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, rayonun Gərgər kəndində "VAZ" markalı iki minik avtomobili toqquşub, 2 nəfər ölüb, 4 nəfər isə müxtəlif xəsarətlərlə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 

Həkimlərin səyinə baxmayaraq, sürücülər – 45 yaşlı Nail Qarayev və 44 yaşlı Aydın İsmayılovun həyatını xilas etmək mümkün olmayıb. Yaralılar – Gədəbəy rayon Dəyirmandağı kənd sakini 30 yaşlı Arzu Rüstəmova və Poladlı kənd sakini 53 yaşlı yaşlı İman Alsəfərov Gəncə şəhər Təcili Tibbii Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Məlumata görə, maşınlardan birində sürücü tək olub. Faktın araşdırılmasına başlanılıb. 

Mehman Hüseynov – Həkim: "Avtoqəzada 2 nəfər şöbəmizə daxil olub. Kişinin alın nahiyəsinin cırılmış yaraları, böyrək zədələnmələri və qabırğalarında sınıqlar müşahidə olunur. Vəziyyəti stabilləşib. Qadında bud sümüyünün sınığı və kəllə beyin travması ilə daxil olub. Xəstənin qohumları müalicəni davam etdirmək üçün xəstəni özəl xəstəxanaya aparıblar".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

2 nəfərin öldüyü dəhşətli qəzanın görüntülərİ

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>