Cənub Qaz Dəhlizi – Azərbaycan-ABŞ münasibətləri strateji xarakter daşıyır – VİDEO

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin açılış mərasimində qeyd etmişdi ki, belə meqalayihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün deyildi. Digər mühüm enerji layihələrində olduğu kimi ABŞ Cənub Qaz Dəhlizinin reallşamasına siyasi və mənəvi dəstək göstərib. ABŞ prezidenti Donald Trampın prezident İlham Əliyevə göndərdiyi məktubda açıq aşkar qeyd edilib ki, Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın qaz hasilatı Türkiyə və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhvə verəcək.

Milli.Az bildirir ki, millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyir ki, bundan sonra da Azərbaycan-ABŞ əlaqələrinin inkişafi üçün geniş imkanlar var və hər iki tərəf bu imkanlardan maksimum faydalanmaqda maraqlıdır.

Millət vəkilinin sözlərinə görə, ABŞ-ın azərbaycanla münasibətlərinə önəm verməsinin bir səbəbi də azərbaycanın müstəqil siyasət yürütməsidir. Azərbaycanın həyata keçirdiyi xarici siyasət balansılı olması ilə fərqlənir. Bundan əlavə ABŞ-Azərbaycan münasibətlərinin inkişafı hər iki tərəfin qarşılıqlı maraqlarına yönəlib. Siyasi elmlər doktoru Elman Nəsirov hesab edir ki, öz iradəsi hesabına Cənub Qaz Dəhlizi layihəsinin reallaşması ilə Azərbaycan bir daha müstəqil siyasət yürütdüyünü sübut etmiş oldu.

Heç kəsə sirr deyil ki, amerikada azərbaycanı istəməyən, iki ölkənin münasibətlərinə xələl gətirmək istəyən həm erməni lobbisinin nümayəndələri, həm də amerikalı konqresmenlər var. Millət vəkili Elman Nəsirov deyir ki, ABŞ prezidentinin Azərbaycanı dəstəkələməsi sözügedən qüvvələrə tutarlı cavab oldu.

Deyilənlərdən belə qənaətə gəlmək olar ki, Azərbaycan ABŞ üçün strateji baxımdan güclü, vacib ölkələrdən hesab olunur. ABŞ regionda məhz Azərbaycanla əməkdaşlığın gücləndirilməsi, genişləndirilməsində maraqlidir. Eyni zamanda həyata keçiriləniqtisadi islahatlar da ABŞ-la əlaqələrin dərinləşməsi üçün real baza formalaşdırıb. Bu baxımdan perspektiv olaraq əməkdaşlığın daha da genişlənəcəyi qaçılmazdır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Cənub Qaz Dəhlizi - Azərbaycan-ABŞ münasibətləri strateji xarakter daşıyır

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>