Ərinin telefonuna iş yoldaşı kimi qeyd etdiyi qız görün kim çıxdı -

İstanbulda bir üniversitetin son kursunda oxuyan Ayşegül G.-nin evli olduğunu bildiyi Ekrem Y. ilə görüşdüyünü həyat yoldaşı Ebru Y. mesajlarına baxarkən ortaya çıxarıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, qadın ona xəyanət edən həyat yoldaşı və tələbə qızla bağlı prokurorluğa şikayət edib. Tələbə kişinin arvadı Ebru Y.-ya zəng edərək "Mənim təhsilim bu il bitir. Evlənmək üçün universitetimin bitməyini və səndən boşanmağını gözləyirdik. Ekrem Y. səndən razı qalmır, onu xoşbəxt etmirsən" cavabı alaraq şok olub.

6 illik evli olduğunu bildirən Ebru Y.: "Ərimin telefonunda "Ebru İş" kimi qeyd olunmuş bir nömrədən gələn "Sevgilim sabah gəl, sənin üçün darıxdım. Evin kirəsi da veriləcək" mesajını gördüm. Nömrəyə zəng etdim. Ekrem Y.-nin arvadı olduğumu söylədim. Bu qız mənə "Ekrem evli olduğunu və sənin rəsmini göstərmişdi. Ərin məni 2 ildir yaxşı saxlayır" dedi.

Mən də boşanmayacağımı və ərimin yaxasını buraxmasını söylədim".

Prokurorluqda ifadə verən Ayşegül G. isə haqqındakı iddiaları rədd edib.

Məhəmməd Vaqif

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>