Qadını döyərək evindən 9 min manat oğurlayan şəxs saxlanıldı

Qubada ötən ilin noyabrında törədilən quldurluq hadisəsinin üstü açılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki,  ötən il noyabrın 7-də Quba şəhər sakini C.Pirəliyeva Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək evində tanımadığı şəxs tərəfindən döyüldüyünü bildirib.

Araşdırma zamanı döyülmə faktından əlavə zərərçəkənin evindən 9000 manat pulun oğurlanması da müəyyən edilib.

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən bir yeniyetmə saxlanılaraq polis şöbəsinə gətirilib. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun törətdilən cinayətdə iştirakı və hadisədə iştirak edən digər şəxslər də müəyyən olunub.

Faktla bağlı Quba RPŞ-nin İB-də araşdırmalar aparılır.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>