Kolumbiyada prezident seçkiləri keçirilir

Bu gün Kolumbiyada prezident seçkilərinin ilk turu keçirilir.

Milli.Az APA-ya istinadən bildirir ki, German Vargas Lleras, Qustavo Petro, Humberto de la Calle, Ivan Duque, Sergio Fajardo və Jorge Antonio Sarmientonun namizəd olduğu prezident seçkiləri yerli vaxtla saat 08.00 başlayacaq, saat 16.00-da başa çatacaq.

Ümumilikdə 36 milyon 230 min seçicinin olduğu ölkədə 11 mindən çox seçki məntəqəsi yaradılıb, təhlükəsizliyi təmin etmək üçün 115 min polis cəlb edilib. Kolumbiya prezidenti Juan Manuel Santos hər kəsi səs verərək iradəsini ifadə etməyə çağırıb. J. M. Santos prezident seçkilərinin martın 11-də keçirilən bələdiyyə seçkiləri kimi Kolumbiya Silahlı İnqilabi Qüvvələrin (FARC) zorakılıq aktları törətməyəcəyi bir mühitdə keçiriləcəyini qeyd edib.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>