Paşinyan oğlunu Qarabağa – ön cəbhəyə yolladı

Ermənistanın yeni baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan hərbi xidməti Qarabağda keçəcək.

Milli.Az modern.az-a istinadla xəbər verir ki, Facebook səhifəsindəki canlı yayıma qoşulan Nikol Paşinyanın bildirib ki, onun oğlu mart ayında 18 yaşını tamam edib və o, növbəti hərbi çağırışın başlanması ilə müəyyən olunmuş qaydada müddətli xidmət üçün ordu sıralarına çağırılacaq.

Öz növbəsində, Aşot Paşinyan qeyd edib ki, o, Qarabağda hərbi xidmət keçmək üçün müvafiq ərizə yazıb.

Baş nazir Nikol Paşinyan Ermənistandan kənarda olan bütün hərbi mükəlləfiyyətli gəncləri hərbi borcunu yerinə yetirmək üçün ölkəyə çağırıb. O, həmin gənclərə təminat verib ki, könüllü qərarı ilə hərbi xidmət keçmək geri qayıdan çaöırış yalı gənclərə qarşı hər hansı cəza tədbiri görülməyəcək.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>