“ABŞ 12 iyunda KXDR ilə zirvə toplantısı keçirməyə hazırdır”

Milli.Az Trend-ə istinadən bildirir ki, ABŞ hələ də iyunun 12-də Sinqapurda nəzədrə tutulan tarixdə ilk dəfə ABŞ-Şimali Koreya sammitinin keçirilməsinə pozitiv yanaşırlar və hazırlıqların davam etdirildiyi bildirilir. Bu haqda, ABŞ prezidenti Donald Trump şənbə günü Ağ evdə Venesuela həbsxanasından azad edilən Amerika vətəndaşını qəbul etdiyi zaman söylədi.

"Biz iyunun 12-də Sinqapurda görüşü hədəf alırıq və bu dəyişməz olaraq qalır. Hər şey çox yaxşı keçir, görək sonra nə baş verəcək", Tramp söylədi.

Trump və Kim Çen In arasında görüş iyunun 12-də Sinqapurda keçirilməsi planlaşdırılırdı, lakin mayın 24-də ABŞ prezidenti Şimali Koreya liderinə görüşün baş tuta bilməməsi haqda xəbər yolladı. İsmarıcda Pxenyanın düşmən sayağı neqativ bəyanatları ucbatından bu görüşün mümkünsüz olduğu söylənirdi. Ancaq Trump görüşün başqa tarixdə keçiriləcəyini istisna etmirdi və mayın 25-i hər halda Şimali Koreya lideri ilə iyunun 12-də Sinqapurda görüşün baş tutacağını ehtimal etdi.

Şənbə günü Ağ ev məlumat verdi ki, hökumət nümayəndə heyəti 12 iyun tarixində sammitə hazırıq aparmaq üçün Sinqapurda əvvəlcədən təsdiqlənmiş proqram üzrə hazırlığın aparılması üçün yola düşdü. Bu görüşdə, Koreya yarımadasının nüvə silahından təmizlənməsi prosesi müzakirə olunacaq.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>