Euronews Bakıdan reportaj hazırladı – VİDEO

"Euronews" telekanalı Azərbaycanla bağlı reportaj təqdim edib.

Azərbaycan Konqreslər Bürosunun təşəbbüsü ilə "Euronews" telekanalında yayımlanan "Destination" proqramı növbəti sayını Bakı Şopinq Festivalına həsr edib. Verilişdə Bakı Şopinq Festivalının xüsusiyyətləri və üstünlükləri haqda məlumat, iştirakçı mağazaların təmsilçilərinin festivala qoşulmağın bizneslərinə verdiyi faydalar barədə fikirləri yer alıb.
Azərbaycan Konqreslər Bürosu Bakı Şopinq Festivalının dünyada tanıdılması və ölkəyə turizm axınının artması üçün bu cür tanıtım və təbliğat materialları təşkil etməkdə davam edəcək.

Milli.Az