Uşaq musiqi məktəbinin birinciləri konsert keçirib – FOTO

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 27 nömrəli uşaq musiqi məktəbi H.Abbasov adına mədəniyyət evində ulu öndər Heydər Əliyevin 95 illik yubleyinə həsr olunmuş hesabat konserti keçirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, konsertdə Baş İdarənin rəis müavini Gülnarə Seyidova, Bakı şəhər musiqi məktəblərinin direktorları, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Məktəbin 1-ci sinif şagirdlərinin ifasında T.Quliyevin "Gəzinti", "Lirik vals", "Dostluq mahnısı", H.Mançini "Çəhrayı Pantera", D.Kabalevski "Rondo Tokata", A.Qedike "Rəqs" kimi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib. Sonra məktəbin məzunu Dilarə Abdullazadə M.Maqomayevin "Azərbaycan" mahnısını ifa edib.

Sonda rəis müavini G.Seyidova konsertdə çıxış edən şagirdləri təbrik edib, məktəbin gələcək fəaliyyətində onlara böyük nailliyyətlər arzu edib.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>