Rayonlardan kənd təsərrüfatı məhsullarının qəbuluna başlanılıb – VİDEO

"Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyəti bölgələrdə yetişdirilən kənd təsərrüfatı məhsullarının qəbuluna başlayıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu gün Cəlilabad rayonunun Sabirabad kəndində fermerlərin yetişdirdikləri kartof məhsulu qurumun əməkdaşları tərəfindən yerindəcə alınıb. Kartofun tədarükü 18-20 qəpik təşkil edir. "Ərzaq məhsullarının təchizatı və tədarükü" ASC eyni vaxtda müxtəlif kənd təsərrüfatı məhsullarının qəbulunu həyata keçirir.
Məhsullar paytaxtda yerləşən soyducu anbarlara yerləşdirilərək hissə-hissə lazımi ünvanlara göndərilir. Yaxın günlərdə isə məhsulların xarici ölkələrə ixracı da reallaşdırılacaq.
Fermerlər məhsulların belə bir şəraitdə satışını həyata keçirilməsinin onlar üçün sərfəli olduğunu deyirlər.
Qeyd edək ki, fermerlər öz məhsullarını satmaq üçün sözügedən qurumun "qaynar xəttinə" zəng etməklə məhsullarının satışını həyata keçirə bilər.

Milli.Az