Erməni Kardaşyanın əri: “Ən sevdiyim andır” – VİDEO – FOTO

ABŞ-ın ən populyar realiti-şou ulduzlarından biri, pornoqrafik videoları yayılandan sonra məşhurlaşan erməni Kim Kardaşyan populyar müğənni Selena obrazında video çəkərək İnstagram-da paylaşıb.

Milli.Az TMZ-yə istinadən bildirir ki, Kardaşyanın əri, 40 yaşlı reper Kanye Uest də həmin videonu İnstagram profilində dərc edərək yazıb: "Ən sevdiyim anlardan biridir".

K.Uestin sözlərinə görə, videonu mayın 24-də nikahlarının 4 ilinin tamam olması münasibətilə paylaşıb.

Selena Kintanilya-Peres amerikalı müğənni, bəstəkar, model, aktrisa və modelyerdir. O, "Texano janrının kraliçası" kimi tanınır.

Milli.Az