“Apple” “Volkswagen”lə anlaşdı

"Apple" korporasiyası öz əməkdaşları üçün pilotsuz avtomobil yaradılması üçün Almaniyanın "Volkswagen" konserni ilə müqavilə imzalayıb. 

Milli.Az lent.az-a istinadən bildirir ki, söhbət "T6 Transporter" furqonunu "Apple" əməkdaşlarının istifadə edəcəyi özüidarəolunan şattla çevirməkdən gedir. 

Qeyd edək ki, "Apple" daha əvvəl özünün tam avtonom avtomobilini yaratmaq üçün BMW, "Mercedes-Benz" kimi şirkətlərlə danışıqlar aparırdı. Hətta bu məqsədlə xüsusi komanda yaradılmış və böyük pullar sərf olunmuşdu. Layihəyə şərti olaraq "Titan" adı verilmişdi.

Lakin şirkət sonradan bu ambisiyalı planlardan imtina etdi. Səbəb bu sahədə ixtisaslaşmış şirkətlərin xeyli irəli getməsi və onlardan fərqli hansısa yeni məhsulun ortaya çıxarılmasının mümkün olmaması idi.   

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>