Poznanda AXC-nin 100 illiyi qeyd olunub

İ.Y.Paderevski adına Poznan Musiqi Akademiyasınında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, səfir Həsən Həsənov Poznan Musiqi Akademiyasının rektoru Halina Sorkovska ilə görüş keçirib, daha sonra musiqi akademiyasında qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Əlimərdan bəy Topçubaşov və Polşa Respublikasının Baş naziri İqnatsi Yan Paderevskiyə həsr edilmiş xatirə lövhəsinin önünə gül çələngi qoyulub.

Tədbirdə çıxış edən səfir Cumhuriyyətimizin yaranma tarixindən, mövcud olduğu qısa dövr ərzində keçdiyi inkişaf yolundan danışaraq o dövr ərzində əldə edilmiş nailiyyətlər barəsində tədbir iştirakçılarını məlumatlandırıb.

Səfir cıxışın sonunda iki ölkə arasında yüksək səviyyədə olan münasibətlərin ölkə başçıları – Prezident İlham Əliyev və Prezident Andjey Duda arasında olan səmimi işğüzar və dostluq münasibətləri və qarşılıqlı etimad üzərində qurulduğunu vurğulayıb.

Çıxışdan sonra tədbirdə iştirak edən Poznan şəhərinin bir sıra rəsmiləri və Poznan Musiqi Akademiyasının idarə heyətinə Azərbaycan-Polşa əlaqələrinin möhkəmlənməsində xidmətlərinə görə xatirə nişanları təqdim olunub. Tədbir Musiqi Akademiyasının tələbələrinin iştirakı ilə konsert və rəsmi ziyafətlə davam edib.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>