“Intel” prosessorlarında növbəti boşluq aşkar edilib

"Intel" şirkətinin istehsalı olan prosessorlarda növbəti boşluq aşkar edilib. Bu boşluğu aradan qaldırmaq üçün çiplərin mikrokodunu yeniləmək lazımdır, amma bu, kompüterlərin məhsuldarlığının zəifləməsinə səbəb olacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, 2018-ci ilin yanvarında kompüter təhlükəsizliyi sahəsində çalışan mütəxəssislər qrupu tərəfindən müasir prosessorlarda aşkar edilmiş iki tip kritik boşluq ("Meltdown" və "Spectre") haqda məlumatlar açıqlanıb. Sözügedən boşluqlar zərərverici proqrama bu boşluqlardan istifadə etməklə prosessorun keşinin tərkibini, həmçinin başqa proqramların məlumatlarının saxlanıldığı sahələri oxumaq imkanı yaradır.

İndi isə "Microsoft" və "Google" şirkətlərinin mütəxəssisləri tərəfindən müasir prosessorlarda aşkar edilmiş yeni boşluq məlumatlara qeyri-qanuni müdaxilə etməyə imkan verir.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>