Jurnalist qadın evində amansızlıqla qətlə yetirilib

"Financiero" qəzetinin əməkdaşı Alisiya Dias Qonsalesin cəsədi Monterrey şəhərindəki evində aşkarlanıb. Cəsədin boyun nahiyəsində çox sayda bıçaq yarası olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Meksikanın Nuevo-Leon ştatının prokurorluğunun məlumatına görə, cinayətin motivləri hələlik bəlli deyil. Qətlə yetirilən jurnalistin həmkarları onun həssas informasiyalara toxunmadan yerli kompaniyaların fəaliyyətini və vergi mövzusunu işıqlandırdığını bildiriblər.

İnsan haqları üzrə milli komissiya ştat prokurorluğunu ləngimədən təhqiqata başlamağa və lazım gələcəyi təqdirdə onun yaxınlarını qorumağa çağırıb. 52 yaşlı jurnalist qadının cəsədinin onun oğlu tərəfindən aşkarlandığı bildirilir.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>