“Bəşəriyyət hələ qarşılaşmadığı yeni böhranla üzləşə bilər” – Putin

"Dünya iqtisadiyyatında normaların pozulması və etibarın itməsi bəşəriyyətin hələ qarşılaşmadığı yeni böhrana səbəb ola bilər".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda keçirilən plenar iclasda çıxış edən Rusiya prezidenti Vladimir Putin bildirib. 

"Tərəflərdən birinin müqavilədən çıxması, razılığın pozulması hər zaman risk deməkdir. Bu, iş təcübəsinin aksiomasıdır. Qlobal səviyyədə dövlətlərin, xüsusən də güc mərkəzlərinin belə davranışı mənfi, dağıdıcı nəticələrə səbəb olur. Faktorların bu cür gedişatı dünyanın hələ qarşılaşmadığı sistemli böhrana gətirib çıxarmaq qabiliyyətinə malikdir", – deyə o, qeyd edib.

Putin beynəlxalq münasibətlər sisteminin ciddi sınaqdan keçdiyini də söyləyib: "Beynəlxalq siyasi, iqtisadi, ticarət münasibətləri sistemi bu gün möhkəmliyə görə ciddi sınaqdan keçir. Belə müzakirələr, qeyri-formal dialoq bu gün xüsusilə vacibdir.  Biznesin qurulması və investisiya üçün şərtlər, gündəlik həyatın özü belə dinamik şəkildə dəyişir".  

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>